Türkiyə İraq və Suriyanın şimalında antiterror əməliyyatı keçirib
Dekabr 17
12:12
2024
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının altı üzvü öldürülüb.
Nazirlik terrora qarşı mübarizənin davam edəcəyini bildirib.
"Report” xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Suriyanın şimalında "Barış pınarı” antiterror bölgəsində dörd, İraqın şimalında "Pençe-kilit” əməliyyatı nəticəsində iki terrorçu öldürülüb.