Türkiyə İranla sərhədə ordu toplayır: PUA-lar havaya qaldırıldı
Oktyabr 01
11:55
2021
Türkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir. Hakyari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunu hərəkəti müşahidə olunub.
Bundan başqa, Türkiyə PUA-ları İran və Ermənistranla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.
Xatırladaq ki, İran ordusu Azərbaycanla sərhədin Naxçıvan istiqamətində irimiqyaslı təlimlərə başlayıb. Bundan əvvəl bəzi iranlı siyasətçilər, din adamları Azərbaycanın ünvanına iki ölkə arasında münasibətlərə zərər vuran bəyanatlar səsləndiriblər.



