SON XƏBƏR

Türkiyə ikinci S-400 komplektinin Rusiyadan alınması şərtini açıqladı

Yanvar 11
18:15 2021
Türkiyə hökuməti texnologiyanın transferi halında Rusiyadan ikinci bir S-400 dəsti almağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmail Dəmir danışıb.

İndi Ankara ABŞ-ın mövcud sanksiyaları kontekstində Rusiyadan ikinci S-400 dəsti almaqda bir risk görmür.

Bundan əvvəl Dəmir Amerika sanksiyalarının nə Rusiya ilə bağlanmış müqavilələrə, nə də Türkiyənin müdafiə qabiliyyətinə təsir göstərməyəcəyi nöqteyi-nəzərini dilə gətirib. Sözügedən sanksiyalar Amerikanın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanunu çərçivəsində qəbul edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook