Türkiyə İdlibdə yeni hərbi əməliyyata başladı - "Bahar qalxanı"
Mart 01
16:21
2020
Türkiyə 36 hərbçisinin şəhid edildiyi Suriyanın İdlib vilayətində yeni hərbi əməliyyata başladığını elan edib.
Qaynarinfo xəbər verir ki, Müdafiə naziri Hulisi Akar məlumat verib. Nazir bildirib ki, əməliyyata "Bahar qalxanı” adı verilib.
Hulisi Akar son üç gün ərzində İdlibdə Suriya rejiminə məxsus bir pilotsuz uçuş aparatı, 8 vertolyot, 103 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi, 2212 hərbçinin məhv edildiyini açıqlayıb. O, İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətləri olmadıqlarını da qeyd edib: "Niyyətimiz Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısını almaqdır. Rusiyadan gözləntimiz Suriya rejiminin hücumlarını dayandırıb, Soçi razılaşması sərhədlərinə çəkilməsi üçün nüfuzundan istifadə etməyidir”.