Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
![](https://qlobal.az/photo/680x365/2024-04/1713246393_7beedef1-7250-4209-aa0c-1d51f4db9c6b.jpg?1722039146)
Aprel 16
09:45
2024
Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyə XİN başçısı bu ölkədə Qətər əmiri və HƏMAS-ın rəhbərliyi ilə danışıqlar aparacaq.
Bundan başqa, Ankara Qəzza üzrə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupunun fəaliyyətini canlandırmaq niyyətindədir.