Türkiyə donanmasından yenilik
Oktyabr 25
13:40
2015
Türkiyə Müdafiə Sənayesi Nazirliyi ölkənin ən böyük hərbi gəmisinin hazırlanması üçün müqavilə imzalayıb.
Qlobalinfo.az Axar.az-a istinadən xəbər verir ki, gəmi 6 il ərzində Türkiyə donanmasına təhvil veriləcək. Nazirliyin verdiyi məlumata görə, uzunluğu 230 metrə çatan döyüş gəmisi təyyarə daşıya biləcək. Gəmi 12-14 təyyarə qəbul edə bilər. Ayrıca, 20-yə yaxın vertolyot, kiçik qayıqlar və ağır zirehli texnika daşımaq mümkün olacaq. Gəmidə 1400 ekipaj üzvü eyni zamanda xidmət edə biləcək. Lakin fövqəladə vəziyyətlərdə 5 minə yaxın insan gəmi vasitəsilə azad edilə bilər. Türkiyə dünyada bu gəmidən istifadə edən 10-cu ölkə olacaq.



