SON XƏBƏR

Türkiyə DİN: Terrorçunu İŞİD yönləndirib

Mart 20
16:33 2016
Türkiyənin Daxili işlər naziri Efkan Ala bildirib ki, dünən səhər İstanbulda törədilən partlayışın təşkilatçısı - terrorçu İŞİD qruplaşmasıdır.
 
Bu barədə "Report" Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.
 
Nazirin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, terrorçu-kamikadze - 1992 təvəllüdlü Qazıantep şəhərinin sakini Mehmet Öztürktür.
 
"Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Mehmet Öztürk bilavasitə İŞİD qruplaşması tərəfindən yönləndirilib", - deyə Efkan Ala qeyd edib.
 
Hadisə ilə bağlı beş nəfərin həbs olunduğu bildirilir.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook