SON XƏBƏR

Türkiyə DİN-i təsdiqlədi: Terroru PKK törədib

Mart 15
21:44 2016
Martın 13-də Ankaradakı terror aktının PKK tərəfindən törədilməsi rəsmən təsdiqlənib. "Anadolu” agentliyi məlumat verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisənin Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir tərəfindən törədildiyini təsdiqləyib.
 
Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olan terrorçu-intiharçının 2013-cü ildən PKK-ya qoşulduğu deyilir.
 
Qeyd edək ki, terror aktı nəticəsində 37 nəfər həlak olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook