Türkiyə daha bir vətəndaşının ardınca Bakıya təyyarə göndərdi
İyun 09
10:15
2020
Bakıda yaşayan və qida borusu (özofagus) xərçəngi diaqnozu qoyulan Türkiyə vətəndaşı Tələt Vargün təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.
T. Vargün üçün ayrılmış "TC-RSB” nömrəli təcili yardım təyyarəsi saat 19.30 radələrində İstanbul Ümumi Aviasiya Terminalına enib. Təyyarə park edildikdən sonra ona təcili yardım maşını yaxınlaşıb və qısa müddətdən sonra xəstə təcili yardım avtomobili ilə Bakırköydə Doktor Sədi Konuk Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.



