SON XƏBƏR

Türkiyə baş nazirinin müavini:“Əsədin ordusu Afrinə girsə Suriya bölünəcək”

Fevral 20
00:29 2018
Dəməşqin Afrinə ordu yeritməsi Suriyanın bölünməsinə gətirib çıxaracaq.

APA-nın məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada mətbuat konfransında bəyan edib.

"Biz bu mövzu ilə bağlı xəbərləri izləyirik. Suriya hökumət ordusunun Afrinə girəcəyi ilə bağlı xəbərlər təsdiqini tapmayıb. Əsəd rejiminin PYD/YPG-yə müdafiə üçün bölgəyə qoşun yeritməsi fəlakətlə nəticələnəcək. Belə bir hücum Suriyanın bölünməsinə gətirib çıxaracaq”, deyə B.Bozdağ.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook