SON XƏBƏR

Türkiyə alman nazirin yunan adasına enişini qadağan etdi

Mart 02
18:28 2016
Türkiyə hökuməti Almaniyanın müdafiə naziri Ursula fon der Lyayeni daşıyan vertolyotun Yunanıstanın Lesbos adasına enməsini qadağan edib.
 
Virtualaz.org saytı "RİA Novosti”yə istinadən xəbər verir ki, Yunanıstanın "Skai” telekanalı bu barədə xəbər yayıb. Nazirin səfəri martın 6-na planlaşdırılıb. Səfər çərçivəsində o, Lesbosu ziyarət etdikdən sonra NATO-nun Egey dənizindəki qaçqın axınının qarşısını almaq üçün təşkil etdiyi missiyada iştirak edən "Bonn” alman gəmisinə enməlidir. Ankara hökumətinin fikrincə, Lesbos adası demilitarizasiya olunmuş ərazidir və burada hərbi aviasiyanın enişi yolverilməzdir. Buna görə də, Türkiyə Almanıya müdafiə nazirinin bu adaya enməsi ilə bağlı müraciətə rədd cavabı verib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook