SON XƏBƏR

"Türkiyə Aİ üzvü ola bilməz, olmamalıdır"

Mart 20
14:42 2016
Fransanın keçmiş prezidenti Nikola Sarkozi ötən ilin dekabrında olduğu kimi, yenidən Türkiyəyə qarşı sərt tənqidi fikirlərlə dolu çıxış edib.
 
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə o, yerli iTele telekanalına müsahibəsində bildirib Hazırda müxalif "Respublikaçılar" partiyasının lideri olan Sarkozi deyib ki, böyük mədəniyyətə malikliyinə və Asiya ilə Avropanın körpüsü olmasına baxmayaraq Türkiyə Avropa İttifaqının üzvü olmamalıdır. "Bu, o demək deyil ki, mənim türklərə qarşı qərəzim var. Onlar bizə lazımdır, biz NATO çərçivəsində müttəfiqik. Ancaq biz Türkiyənin Avropaya aid olduğunu izah etməyə başlasaq, məktəblilərə Avropanın sərhədinin Suriyadan başlanmasını da izah etməli olacağıq. Bu, sağlam məntiqdən uzaqdır", - deyə Sarkozi "ciddi arqument" göstərib.
 
Sarkozi Türkiyəni Avropa İttifaqında görmək istəməməsini izah edərkən bu dövlətin bir sıra məsələlərdə Avropanın demokratik standartlarına uyğun olmamasından danışıb: "Bundan başqa, Türkiyənin böyük hissəsi Asiyada yerləşir. Sonra Türkiyənin tarixən, mədəni baxımdan, iqtisadiyyatca nə qədər Avropa ölkəsi ola biləcəyinə dair sual çıxır. Əgər biz bunu təsdiqləsək, demək, Avropanın məhvini istəyirik".
 
Bununla yanaşı, keçmiş prezident Rusiyanın Türkiyə ilə müqayisədə daha çox Avropa ölkəsi olduğunu qeyd edib. Onu da qeyd edək ki, Sarkozi prezident olduğu dönəmdə Türkiyəyə, eləcə də digər Şərq ölkələrindən Fransaya gəlmiş miqrantlara qarşı açıq düşmənçiliyi ilə seçilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook