SON XƏBƏR

Türkiyə Afrin əməliyyatlarını ABŞ ilə müzakirə etməyəcək

Fevral 07
14:38 2018
Ankara Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatları Vaşinqtonla müzakirə etməyə lüzum görmür, belə ki, həmin bölgədə amerikalı hərbçilər yoxdur.

Bunu TGRT-in efirində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Afrində amerikalı hərbçi yoxdur. Ola bilər ki, orada ara-sıra ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olur.

Buna görə Afrin mövzusunu ABŞ-la müzakirə etməyə lüzum görmürük”, - deyə Çavuşoğlu bildirib.

Türkiyəli ali diplomat Vaşinqtonu bir daha YPG qüvvələrinin silah-sursatla təchizatını dayandırmağa çağırıb.

"Pentaqon Suriyada terrorçuları silahlandırmamalıdır. Türkiyə-ABŞ münasibətlərini zərbə altına qoymaq lazım deyil. Bir halda ki biz müttəfiqik, ABŞ mütləq bu addımı atmalıdır.

Onlar bunu etməsə, bu təhlükəni aradan qaldırmasa, bu təhdidi özümüz yox etməliyik”, - deyə nazir bildirib.

O qeyd edib ki, Türkiyə ABŞ-a bel bağlaya bilməz, çünki Vaşinqton Ankaraya Suriya ilə bağlı verdiyi vədlərin üstündə durmur.

"Bizim ABŞ-ın götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləməyə ixtiyarımız var. Onlar YPG-ni Mənbicdən kənarlaşdırmalı, YPG ilə əlaqələri kəsməlidir”, – deyə Çavuşoğlu vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook