SON XƏBƏR

Türkiyə ABŞ-ni terrorçulara dəstəyi dayandırmağa çağırıb

May 17
13:14 2024
Türkiyə terrorçulara dəstəyi dayandırmaqla bağlı ABŞ-yə çağırış edib.

"Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu, iki NATO müttəfiqinin əlaqələrinə təsir edə bilər: "Terrorçuların dəstəklənməsinin əlaqələrimiz üçün risk yarada biləcəyini həm ictimaiyyət qarşısında, həm də görüşlərdə demişik. ABŞ İŞİD-lə mübarizə üçün digər terror təşkilatlarına yardım ayırdığını deyir. Amma bir terror təşkilatına qarşı mübarizə üçün digərindən istifadə edilməz. Bu, regional sabitliyi poza biləcək addımdır”.

F.Altun qeyd edib ki, Türkiyə ABŞ-dən müttəfiqlik ruhuna uyğun davranmağı gözləyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook