SON XƏBƏR

Türkiyə 30 mindən çox FETÖ üzvünü axtarışa verib

Avqust 16
14:07 2023
Türkiyə 30 min 681 FETÖ üzvünü axtarışa verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "A-Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, bu şəxslərin əksəriyyəti xarici qaçanlardır. Nazirin sözlərinə görə, indiyədək bu tələblə bağlı Rumıniya 2 və Əlcəzair 1 şəxsi Türkiyəyə ekstradisiya edib, 374 ekstradisiya tələbi isə rədd edilib.

"İsveçdən terror cinayətləri ilə bağlı 28 ekstradisiya tələbimiz olub, 22-si rədd edilib. Onlardan 9-u PKK-lı, 8-i FETÖ-çü, 5-də digər terror təşkilatları üzvüdür. 3 tələbimizə ölüm və digər səbəblərdən xitam verilib, 3 tələb üzrə isə işlər davam edir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook