SON XƏBƏR

Türkan Şoray Bakıda filmini təqdim etdi

Dekabr 10
12:56 2015
Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Türkan Şorayla qızı Yağmur Ünal Bakıdadır.
 
Məlumata görə, aktrisa ilə qızı Nizami Kino Mərkəzində "Uzaqlarda arama” filminin qala gecəsində iştirak ediblər. T.Şorayla Y.Ünal qala gecəsindən öncə jurnalistlərin suallarını cavablandırıblar. Filmin rejissor kürsüsündə əyləşən Türkan Şoray Bakıda səmimi qarşılandığını deyib:
 
"Çox xoşbəxtəm. Mənə qarşı o qədər səmimi münasibət göstərirsiniz ki, çox sevinirəm. "Uzaklarda arama” filmimizlə gəldik. Rejissorluğunu mən etmişəm, qızım çəkilib. Hazırda Azərbaycanda nümayişə girib. İnşallah, azərbaycanlı tamaşaçılar bu filmi sevərlər. Ana-qız bu filmdə olmaq çox həyəcanlı bir şeydir. Yəqin qızım Yağmur da bu həyəcanı hiss etdi. Rejissor olaraq qızıma qarşı sərt tələblərim də oldu. Yağmur bir az narazılıq edirdi. Çünki orada artıq ana deyildim, rejissor idim”.
 
Yağmur da paytaxtımızı çox sevdiyini bildirib: "Çəkiliş zamanı bu belə olsa da, axşamlar yenə də ana-qız olurduq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook