Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşünün gündəliyi açıqlanıb
Mart 30
12:43
2021
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin sabah videoformatda keçiriləcək qeyri-formal görüşünün gündəliyi açıqlanıb.
APA-nın xəbərinə görə, Zirvə Görüşündə təşkilata üzv bütün ölkələr dövlət başçısı səviyyəsində (Macarıstan Baş nazir səviyyəsində) təmsil olunacaq və iclas 15:00-da başlayacaq.
Zirvə Görüşünə Şuraya rəsmi üzv olmayan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da qatılacaq. Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.



