Türk şirkəti SOCAR-ı məhkəməyə verir - 930 min dollarlıq qalmaqal
Mart 13
02:11
2016
Türkiyənin "Penoplast” şirkəti SOCAR rəhbərliyini məhkəməyə verməklə hədələyib.
Qlobal.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə şirkət iddia edir ki, şəkildəki villanın yalnız mərmər işlərinin görülməsi üçün SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla 1 milyon 469 min 218 dollarlıq müqavilə imzalanıb.
İşlər başa çatsa da, SOCAR rəhbərliyi 930 min dollar pulu hələ də ödəməyib.
Şirkət deyir ki, Türkan qəsəbəsində SOCAR prezidenti və vitse-prezidenti üçün 3 belə villa tikilib.
Xatırladaq ki, Mikayıl İsmayılovun 2010-11-ci ilərdə Agsu rayonunun Çiyni kəndində inşa etdirdiyi mülkün fasadları və ərazinin hasarının fasadı türk istehsalı olan penoplastla üzlənib.
Qlobal.az