Türk qırıcıları PKK-ya hücuma keçdi
Mart 14
13:24
2016
Türk silahlı qüvvələrindən verilən məlumata görə, İraqın şimal hissəsində yerləşən Kandil və Gara bölgələrində PKK-ya aid 18 hədəf müəyyən edilib.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, həmin hədəflərə havadan hücum olub.
Bu hücumda 9 ədəd F-16 və 2 ədəd F-4 2020 hərbi təyyarəsi iştirak edib. Bütün hədəflər bir hücumla məhv edilib.
Həmin ərazilərdə PKK-nın terror qruplarının yerləşdiyi təsdiqlənib.
Rəsmi məlumata görə, hücum əməliyyatı bu gecə 03:20 ilə 05:30 saatları arasında keçirilib.
Qlobal.az



