Türk ordusu İdlibdə hərbi əməliyyata başladı
Fevral 20
15:39
2020
Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.
Qaynarinfo xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarına reaktiv yaylım atəş sistemi vasitəsilə zərbə endirib. Sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.
Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.
Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.
"CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.