SON XƏBƏR

"Türk dövlətlərinin ortaq fəaliyyəti bu il də ən yüksək səviyyədə davam edəcək" - Hakan Fidan

Yanvar 18
14:41 2025
SSRİ-nin dağılması ilə türk dövlətlərinin müstəqil olması türk dünyası anlayışı üçün böyük fürsətdir.

"Report”un məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, bu mənada TDT-nin daha funksional hala gəlməsi strateji bir addımdır.

"Azərbaycan və Türkiyə bu mövzuda da bir-birinin yanındadır və bərabər addımlayır. 2024-cü ildə atılan addımları bu il bir addım daha irəli aparacağıq”, - H.Fidan bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin ortaq fəaliyyəti 2025-ci ildə də ən yüksək səviyyədə davam edəcək:

"Bununla da regiona faydalı olacağımızı düşünürük”. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook