“Türk dünyasını Azərbaycansız düşünmək olmaz” - "O dəhlizi Kılıçdaroğluna verdilər, o da..."

May 12
09:49
2023
"Türk dünyasını Azərbaycansız düşünmək olmaz”. "Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Binəli Yıldırım deyib.
"Kamal Kılıçdaroğlu çox çaşqındır, prioritetimizin Qərb olacağını dedi, bir gün sonra da dedi ki, bu, əsrin layihəsidir, böyük icad kimi. Nə Qərb, nə də Şərq türkün yoludur. Türk yoluna baxırıq, Azərbaycan yoxdur. Onun göstərdiyi isə əsrlər boyu mövcud olan marşrutdur” - deyə, o, bildirib.
Türk dövlətlərini İpək yoluna daxil etdik, şimal yolu Qazaxıstandan keçərək cənuba aparır. Bunlar yeni deyil, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Çinə gedən marşrut Bakı-Tbilisi-Qars yoludur və fəal şəkildə istifadə olunur”.
"Mətni (Kılıcdaroğlunun layihəsini-red) oxuyanda o günlərə qayıtdım, Amerika, Ermənistan Bakı-Tbilisi-Qars layihəsinin qarşısını almaq istəyirdi. Gürcüstanda bu layihə baş tutana qədər 4 nazir dəyişdi.