SON XƏBƏR

Türk-Azərbaycan şairlərinin Vətən haqqında şeirlər antologiyası iki dildə çap olunub

Yanvar 12
02:13 2022
Ankarada 50 türk və Azərbaycan şairinin şeirləri iki dildə - türk və ingilis dilində Berikan Yaynevi tərəfindən nəşr edilib. Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan bu kitabdakı şeir mətnlərini ingilis dilinə Azərbaycan yazıçısı Kamran Nəzirli çevirib. Antologiyanın tərtibçisi İLESAM-ın rəhbəri, şair-filosof Mehmet Nuri Parmaksızdır.

Antologiyaya 100 şeir və 100 şair daxil edilib. Azərbaycan şairlərindən, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Abbas Abdulla, Vahid Əziz, Qəşəm Nəcəfzadə, Rəşad Məcid, Musa Ələkbərli, Əlizadə Nuri, Nüşabə Məmmədli, Elnaz Eyvaz, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, Xəyal Rza, Qulu Ağsəs, Fərid Hüseyn, Nazim Əhmədli, Vaqif Bəhmənli, Adil Cəmil və başqalarının Vətən haqqında şeirləri antologiyada yer alıb.

Kitab kütləvi tirajla çap olunub.
 

 

 


Azərtac
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook