Türk Ağsaqqaları Birliyi Qırğızıstanda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirəcək - FOTO
İyun 10
12:19
2022
İyunun 13-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Tarix yazan liderlər" mövzusunda konfrans keçiriləcək.
Qlobal.az Missiya.az-a istinadla xəbər verir ki, konfrans Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə "MANAS” Universitetinin və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar zəngin səfər proqramı barədə danışıb.
"Hər səfərimizdə olduğu kimi bu dəfə də zəngin proqramla çıxış edəcəyik. Türk dünyasının inkişafı, türk birliyinin möhkəmlənməsinə verəcəyimiz töhfələr missiyamızın əsasını təşkil edir. Ağsaqqallarımız da yüksək əhvaldadırlar. Dəyərli millət vəkilimiz Elman Nəsirov da aramızdadır. Bir neçə saatdan sonra Qırğızıstan rəsmiləri ilə görüşlərimiz başlayacaq. Bundan sonra da Orta Asiyada daha böyük layihələrlə çıxış edəcəyik. Bu il üçün nəzərdə tutulan tədbirlər planı uğurla davam edir".
Qeyd edək ki, TAİB-in nümayəndə heyətinə Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev rəhbərlik edir.

Konfrans Qırğızıstan-Türkiyə "MANAS” Universitetində keçiriləcək.