SON XƏBƏR

Turistləri paytaxta nə cəlb edir? - 35%-i Bakıda yerləşən otellər və seks-biznes...

Avqust 23
14:34 2023
"35 faiz otel və otel tipli obyektlərin əsas hissəsi xarici ölkələr və bölgələrdən gələn elita üçün nəzərdə tutulub".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin 35 faizinin Bakı şəhərində yerləşməsindən danışarkən deyib. 

Akif Nəsirli hesab edir ki, otellərin çox az hissəsi ucuz otellərdir:

"Onlar da artıq əsasən kənardan gələn turizmə xidmət etmir. Bakıda ucuz otel və otel tipli obyektlərin ucuz seqmenti şəhərdə seks-biznesə xidmət göstərir. Çox nadir hallarda turistlər ucuz otellərdə qalır, ora dediyim təyinat üzrə istifadə olunur. Bakıda gəlirlər çox olduğuna görə bu biznes paytaxtda daha da inkişaf edir. Əlində pulu olan və bu sahəyə maraq göstərən insanlar daha çox Bakı və Bakı ətrafındadır. Bakıya səfər edən elit türustlər burda oteli kirayələyib, rayonlara turlara gedir. Quru sərhədlər bağlı qaldığına görə bu seqmentdə bir sıra struktur dəyişiklikləri meydana çıxır”.

Akif Nəsirli qeyd edib ki, Bakı meqapolisi Azərbaycan iqtisadiyyatının onurğa sütunudur:

"Əhalinin daha çox gəlirə malik olduğu ərazi də Bakı və onun ətrafıdır. Azərbaycan dövlət büdcəsinin və ixracatın 90 faizi Bakı meqapolisində formalaşır. Yəni, Azərbaycanda kapitalın böyük hissəsi sözügedən burda cəmləşib. Ona görə də Bakı və onun ətrafının təbiəti digər bölgələrdən geri qalsa da, bu faktor paytaxtı daha cəlbedici edir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook