“Turanbank” “Pokrovka Məhərrəm”in əlaqəli olduğu şirkəti məhkəməyə verdi
Fevral 05
09:14
2022
"TURANBANK” ASC "AZFRUT” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib
.
32gun.az-ın əldə etdiyi məlumata görə, "TURANBANK” ASC tərəfindən müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – kredit müqaviləsi üzrə mübahisələrlə bağlı sözügedən MMC-yə qarşı iddia qaldırılıb.
"AZFRUT” MMC ilə yanaşı daha 3 nəfər – Ramizoğlu Ergin Ramiz oğlu, Cabbarov Anar Camal oğlu, Hüsüeyn-zadə Yusifiyə Hüseyn qızı məhkəmə prosesində cavabdeh qismindədir.
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, azərbaycanlı biznesmen, bir vaxtlar Moskvada topdansatış meyvə-tərəvəz ticarətinə nəzarət edənlərdən biri olan Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut” şirkəti vasitəsilə Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən meyvə-tərəvəzin idxalı və "Pokrovsk” bazarı üzərindən paylanılmasını həyata keçirib.
Qlobal.az