SON XƏBƏR

“TuranBank” kredit ödəyənlərə güzəştini ləğv edib

Yanvar 05
13:21 2016
"TuranBank” dollar kreditlərini 1,30 manat kursu ilə qəbul etməyi dayandırıb. İkinci devalvasiyadan sonra dollardakı kreditləri 1.30 manat kursu ilə qəbul etməyə başlaması ilə diqqəti çəkən bank, ötən ilin sonundan bu güzəştini dayandırıb.
 
Bankdan bildirilib ki, əgər kredit müqaviləsi üzrə ümumi kredit borcu 31.12.2015-ci il tarixinədək tam bağlanacaqsa, ödəniş 1.30 kursu ilə qəbul oluna bilərdi. Əgər kredit müqaviləsi üzrə ümumi kredit borcunun 31.12.2015-cı il tarixədək 75%-i ödənilərdisə (hazırkı məzənnə ilə), qalan 25% məbləği manat ekvivalentinə çevirərək (hazırkı məzənnə ilə) yenidən rəsmiləşdirmək mümkün idi.
 
Bu halda faiz dərəcəsi əvvəlki kredit müqaviləsinin faiz dərəcəsi ilə eyni olacaq, müddət və komisyon həmin məhsul üzrə müvafiq şəkildə tutulacaqdır.
 
Hazırda isə Bank dollar kreditlərini mövcud məzənnə ilə qəbul edir.
 
(marja)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook