SON XƏBƏR

Turan projesi: Valday, yoxsa Altay klubu?

Avqust 20
10:15 2022
Həmid Herisçi 
 
"Turan projesi” kimi nəhəng layihələr, əvvəlcə çox dar çərçivədə sınaqdan çıxarılır.

Əvvəlcə bu cür projelər bir ekoloji, mədəni qapsamda dişə vurulur.

 Yalnız sonra proje öz siyasi məzmununa qovuşur.

"Turan projesi”nin oxşar zooloji sifəti, pasportu beynəlxalq "Turan pələngi” layihəsidir məncə.

Layihənin ərazisi, bütün Turanı qapsayır.

Təcrübələrə Britaniya, İsrail, Yaponiya zooloqlarının qoşulduğu da bildirilir.

Ruslar, avropalılar hələki bu projeyə öz həduyyələrini verməyiblər.
 
30 sentyabr 2021-ci ildə Putin üstüörtülü şəklidə "Turan projesi"nə toxunub. Qazaxstan prezidenti Qasım Jomart Tokayevin "Biz, turan pələngini yenidən Qazaxstana gətirmək, nəslini bərpa etmək, artırmaq istəyirik" təklifini məmnuniyyətlə qəbul edib. Deyib ki, Rusiya "Turan pələngi" layihəsini dəstəkləyir. 
Seleksiya işlərinə qoşulmaq istəyir.

Xatırladıram- erməni faşizminin banisi Qaraqen Njde vaxtilə, 1921-ci ildə İrana qaçmamazdan öncə özündən əfsanə uydurub. Deyib ki, guya sonuncu turan pələngini Araz qırağında öldürüb, dərisini soyub əyninə keçirib...

İndi Rusiya və Qazaxstan bu pələngin populyatsiyasını bərpa etnmək niyyətindədirlər.

Sözsüz, burda üstüörtülü şəkildə gizli mətləblər var.

Tezliklə Moskvada Valday klubu ilə yanaşı Altay klubu da yaranacaq.

Tokayevlə Putin dünənki Soçi görüşlərində sözsüz, projenin elə yalnız zooloji tərkibi ilə kifayətlənməyiblər.

Projenin siyasi, bəlkə də sırf hərbi tərəfi də müzakirəsiz qalmayıb.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook