"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT
Avqust 17
10:21
2018
"Turan Bank” Azərbaycanın işğal altında olan torpaqlarını rəsmi saytında yerləşdirdiyi xəritədə erməni dilində təqdim edir.
Qlobal.az kommersant.az-a istinadən xəbər verir ki, "Turan Bank” rəsmi internet saytında filialları barədə məlumat verərkən "Google” şirkətinin xəritəsindən istifadə edib. Belə ki, bankın rəsmi internet saytında yerləşdirdiyi Azərbaycan xəritəsində işğal altında olan 20% torpağımıza aid olan ərazilərin adı böyük şriftlə erməni əlifbası ilə erməni dilində, yalnız aşağıda isə, bu dəfə niyəsə kiçik hərflərlə Azərbaycan dilində yazılıb.

Qeyd edək ki, digər banklar və şirkətlər "Yandex” şirkətinin xəritəsindən istifadə edir. O xəritədə isə Qarabağ bölgəsinə aid ərazi adları Azərbaycan dilində qeyd edilib. "Turan Bank”ın bunu bildiyi halda xəritəsində bu cür siyasi səhvə yol verməsi və mental dəyərləri birmənalı şəkildə ayaqlaması bankın müştərilərinə, aidiyyəti qurumlara, maliyyə nəzarətini həyata keçirən strukturlara məlumdurmu? Məhz bu sualın cavabsız qalmaması üçün "Turan Bank"ın saytında saxladığı həmin xəritənin fotosunu təqdim edirik:
Qlobal.az