SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

Tural Sadıqlının keçmiş xanımı Almaniya səfirinə müraciət etdi - Foto

Fevral 19
01:11 2025
"Youtube”də "Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı, hazırda Rusiya Federasiyasında yaşayan Şəlalə Məmmədovanı ölümlə hədələyib.

Qlobal.az "Publika.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Tural Sadıqlının Şəlalə Məmmədova ilə yazışmaları yayılıb.

T.Sadıqlı Ş.Məmmədovanı səs yazısını yaymaqda ittiham edir. Ondan tələb edir ki, yayılan səs yazısının yalan olduğu haqda açıqlama versin. İkinci bundan imtina etdiyi üçün T.Sadıqlı "səni öldürəcəm” deyə onu hədələyir.

T.Sadıqlının yayılan səs yazısında Ş.Məmmədovaya qarşı zorakılıq etdiyi əksini tapır. Bu səs yazısı T.Sadıqlı və Ş.Məmmədova Almaniyada birlikdə yaşadığı vaxt qeydə alınıb. Daha sonra onlar boşansa da, T.Sadıqlı keçmiş həyat yoldaşına qarşı psixoloji və mənəvi zorakılığı, eləcə də şantajı davam etdirib. Hətta 7 yaşlı qızlarını anasının əlindən alacağı ilə hədələyib.

Ş.Məmmədova T.Sadıqlının onu hədələməsinə dair şəkilləri, eləcə də əməlləri barədə etdiyi şikayəti bir sıra mətbuat orqanlarına göndərərək ictimailəşdirib. T.Sadıqlı isə Şəlalə Məmmədovaya təzyiq göstərərək Almaniya Prokorurluğuna edilən şikayəti geri çəkməyi tələb edib. Həmçinin, ifşa olunmasından narahat olan T.Sadıqlı Ş.Məmmədovanı təkzib verməyəciyi təqdirdə ölümlə hədələyir.

Zorakılığa və təqibə məruz qalan Ş.Məmmədova isə Almaniyanın Rusiyadakı səfirliyinə T.Sadıqlı ilə bağlı müraciət edib. Almaniya səfiri Aleksandr Qraf Lambsdorfa ünvanlanan müraciətdə Ş.Məmmədova bildirir ki, hazırda Almaniyada yaşayan və onu təqib edən keçmiş həyat yoldaşı Turalı Sadıqlı ilə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsini xahiş edir.

Müraciətdə qeyd olunur ki, T.Sadıqlı həyat yoldaşı Ş.Məmmədova ilə Almaniyada birlikdə yaşadığı müddətdə ona qarşı ona qarşı fiziki və psixoloji təzyiqlər törədib. Ş.Məmmədova hamilə olduğu vaxt da T.Sadıqlı tərəfindən zorakılığa məruz qalıb. Buna görə o, T.Sadıqlıdan qaçaraq, Almaniyanı tərk etmək məcburiyyətində qalıb. Ş.Məmmədova faktiki olaraq, T.Sadıqlıdan ayrılsa da, qarşı tərəf psixoloji və mənəvi zorakılığını davam etdirir. T.Sadıqlı hətta 7 yaşlı qızları Aylinə qarşı da analoji hərəkətləri edir.Ş.Məmmədova müraciətində qeyd edir: "Azyaşlı uşağa münasibətdə sistematik telefon zəngləri edir, psixoloji təzyiq göstərir, hədə-qorxu gəlir, aliment öhdəliklərini yerinə yetirməkdən bilərəkdən yayınır”.

Ş.Məmmədova səfir Aleksandr Qraf Lambsdorfdan hazırda Almaniyada yaşayan Tural Sadıqlının qeyri-qanuni əməllərinə son qoyulmasına kömək etməyi xahiş edir.

"Mövcud qanunvericiliyin və beynəlxalq hüquqi aktların normalarını rəhbər tutaraq, bu ərizəyə qanunla müəyyən edilmiş qaydada dərhal prosessual baxılmasını və Sadıqlı Tural Əlövsət oğlu tərəfindən növbəti qanunsuz hərəkətlərin qarşısının alınmasına yönəlmiş təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirəm. Ona qarşı qanunvericiliklə nəzərdə tutulmuş məhdudlaşdırıcı və qoruyucu tədbirlərin görülməsini, o cümlədən hər-hansı təmas və təqiblərə qadağa qoyulmasını, hədələrin və psixoloji təzyiqlərin qarşısının alınmasına yönəlmiş digər hüquqi mexanizmlərin tətbiq edilməsini xahiş edirəm. Mənə və övladıma qarşı törədilmiş cinayətlərə görə təqsirkar şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi proseduruna başlanılmasını zəruri hesab edirəm”, - Ş. Məmmədova müraciətində qeyd edir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook