Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb
Yanvar 10
12:19
2020
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.
"Report”un məlumatına görə, o, XİN-dən məzuniyyətə çıxıb.
Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb.



