TÜRKSOY-un Gənclik Kamera Orkestri Londonda konsert proqramı ilə çıxış edib
İyul 28
13:37
2016
Londonda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Gənclik Kamera Orkestri "Avrasiyanın səsləri” adlı konsert proqramı ilə çıxış edib.
Konsert proqramında azərbaycanlı gənc musiqiçi Mustafa Mehmandarovun rəhbərlik etdiyi orkestr də yer alıb. Belə ki, konsertdə ölkəmizlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiyanın muxtar bölgələrindən Başqırdıstan və Tatarıstandan olan sənətkarların rəhbərlik etdiyi orkestrlər dünya klassiklərinin və türk bəstəkarlarının əsərlərinə müraciət ediblər.
Orkestrlər, həmçinin dünyanın ən nüfuzlu təhsil qurumlarından sayılan Oksford Universitetinin Sheldonian Teatrında da konsert verib.
Bununla yanaşı, Gənclik Kamera Orkestri turnir çərçivəsində Şotlandiyanın Qlazqo şəhərində və paytaxt Edinburqda musiqi ziyafəti təqdim edəcək.
Qeyd edək ki, TÜRKSOY-un Gənclik Kamera Orkestri 2010-cu ildə yaradılıb.(Azərtac)
Qlobal.az