SON XƏBƏR

TÜRKSOY-un Bakı və Şuşada iclası keçiriləcək

Aprel 06
08:46 2023
Aprelin 7-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçiriləcək.

Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürüləcək.

2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı, Şuşa şəhərində keçiriləcək iclasın bağlanış mərasimində sözügedən iclasın yekun bəyanatı qəbul ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook