Trampın vəkili: “Kim Çen In dizi üstə yalvarırdı ki, görüş təxirə salınmasın”
İyun 07
11:25
2018
ABŞ prezidentinin vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani iddia edir ki, KXDR lideri Kim Çen In Donald Trampı görüşün keçirilməsi üçün dilə tuturmuş. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal” qəzeti yayımlayıb.
Nəşr Culianinin İsraildə etdiyi çıxışdan parçaları dərc edib. Vəkil bildirir ki, daha öncə Tramp görüşün Pxenyanın bəyanatları ucbatından baş tuta bilməyəcəyi barədə söyləmişdi. "Onlar həm də deyirdilər ki, bizimlə nüvə müharibəsinə başlayacaqlar və bu müharibədə bizə qalib gələcəklər. Biz də bildirdik ki, bu halda zirvə görüşümüz baş tutmayacaq”, - Culiani deyib.
Vəkilin sözlərinə görə, bundan sonra Kim Çen In "diz çökərək” Amerika tərəfinə Trampla görüşü ləğv etməmək üçün "yalvarıb”. Culiani əlavə edir ki, "Kim Çen Inı məhz bu vəziyyətə qoymağı arzulayır”.
Nyu-Yorkun keçmiş meri qeyd edir ki, KXDR nüvə silahından yaxa qurtarmağa can atır, lakin "onlar, ola bilsin ki, bunun üçün çox vaxt istəyirlər”. Bundan əlavə, Culiani iddia edir ki, "Fələstin administrasiyası ilə də bu cür hərəkət etmək lazımdır. Onlar sülhə can atmalıdırlar. Siz dinamikanı dəyişməli və onlara təzyiq göstərməlisiniz”.
Bildirildiyi kimi, Trampla Kim Çen In arasında görüş iyunun 12-si Sinqapurun adalarından birində keçirilməlidir.
Virtualaz.org