SON XƏBƏR

"Trampı yalnız mən məğlub edə bilərəm" - Kiçik Kennedi

İyul 22
09:49 2024
ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən kiçik Robert Kennedi yalnız özünün Respublikaçılar Partiyasının namizədi Donald Trampı məğlub edə biləcəyini bildirib.

APA xəbər verir ki, siyasətçi ABŞ-ın hazırda vətəndaş müharibəsindən bəri hər zaman olduğundan daha çox qütbləşdiyini düşünür.

"Associated Press" tərəfindən yayımlanan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kennedi "Donald Trampa qalib gələ biləcək başqa namizəd yoxdur. Mən bu seçkidə qalib gələ biləcəyimə inanıram", - deyə bildirib.

O, hazırki prezident Co Baydenin seçiləcəyi təqdirdə vəziyyətin daha da qarışıq, sabiq prezident Tramp seçiləcəyi təqdirdə isə daha da pisləşəcəyini bildirib.

Qeyd edək ki, Robert Kennedi ABŞ-ın sui-qəsdə uğrayaraq öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook