SON XƏBƏR

Tramp yanvarın 1-dən Çin mallarının idxal rüsumlarını artıracaq

Noyabr 27
10:56 2018
ABŞ prezidenti Donald Tramp Pekinin yanvarın 1-dən Çin mallarının idxalı üçün nəzərdə tutulan rüsumların 10 faizdən 25 faizə qədər artırılması fikrindən imtina ilə bağlı təklifini çətin ki, qəbul etsin.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Tramp bazar ertəsi "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib.

Nəşrin yazdığına görə, dövlət başçısı Pekinlə ticarət danışıqlar nəticəsiz qalacağı təqdirdə, bu kimi vergilərin aid olmadığı bir qrup Çin mallarının idxalına rüsum təyin edəcəyinə söz verib.

"Biz razılığa gəlməsək, o zaman mən [vergi qoyulan mallar siyahısına] daha 257 milyard dollar əlavə edəcəyəm", - deyə Tramp söhbətin 10% və 25% dərəcələrindən getdiyini bildirib.

"[Vaşinqtonu razı salacaq] yeganə sövdələşmə ondan ibarətdir ki, Çin öz ölkəsini Birləşmiş Ştatlar tərəfindən rəqabət üçün açıq etsin", - deyə ABŞ prezidenti əlavə edib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafının toxunduğu digər ölkələr "fikir yürütməkdə azaddırlar".

Tramp həmçinin Çində yığılan "iPhone" smartfonları və noutbuklarına da vergi qoyula biləcəyini istisna etməyib:

"Ola bilər. Dərəcədən asılıdır. Mən 10 faiz dərəcəsi müəyyən edə biləcəyimi nəzərdə tuturam və insanlar buna asanlıqla qatlaşacaqlar".

Bundan əvvəl ABŞ-ın Çindən ticarət sazişi ilə bağlı konkret təkliflər gözlədiyi bildirilmişdi. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook