SON XƏBƏR

Tramp Venesuelaya müharibə elan edə bilər – Xalqa müraciət edəcəyi gözlənilir

Dekabr 18
07:13 2025
ABŞ prezidenti Donald Tramp bu gün xalqa müraciəti zamanı  Venesuelaya qarşı müharibə elan edə bilər.

"AzPolitika" bildir ki, bu barədə amerikalı tanınmış jurnalist Taker Karlson məlumat yayıb.

Karlsonun sözlərinə görə, Konqres üzvləri artıq mümkün hərbi əməliyyatlarla bağlı məlumatlandırılıb. O bildirib ki, müharibənin yaxınlaşdığı barədə xəbər Konqresə bir gün əvvəl çatdırılıb və bu məsələ Trampın bu axşam yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə səhər 06:00) edəcəyi xalqa müraciətdə elan oluna bilər.

"Konqres üzvlərinə dünən müharibənin yaxınlaşdığı barədə məlumat verilib. Bunun həqiqətən baş verib-verməyəcəyini bilmirəm. Bildiklərimi şişirtmək istəmirəm, çünki məlumatlarım məhduddur. Lakin bu səhər bir Konqres üzvü mənə bunu dedi”, – deyə Taker Karlson qeyd edib.

Bundan əvvəl Donald Tramp Venesuelanın Cənubi Amerika tarixində indiyədək toplanmış ən böyük hərbi qüvvə ilə əhatə olunduğunu bildirib. Venesuelanın təbii sərvətlərini ələ keçirməyə çalışan Tramp Vaşinqtonun sərt addımlar atacağını bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook