SON XƏBƏR

Tramp: Venesuela satış üçün ABŞ-yə 50 milyon barelə qədər neft təhvil verəcək

Yanvar 07
09:26 2026
Amerika lideri Donald Tramp bəyan edib ki, Venesuela hakimiyyəti ABŞ-a satış üçün 50 milyon barelədək neft ötürəcək və bu tranzaksiyadan əldə olunacaq gəlirlərə şəxsən o nəzarət edəcək.

"Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" platformasında yazıb.

"Sevinc hissi ilə bildirirəm ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-yə sanksiyalara məruz qalan 30–50 milyon barel yüksək keyfiyyətli neft ötürəcək. Bu neft bazar qiyməti ilə satılacaq və bu pullara ABŞ Prezidenti kimi mən nəzarət edəcəyəm ki, onların Venesuela və ABŞ xalqlarının rifahı naminə istifadə olunmasına təminat verilsin!" - o qeyd edib.

Tramp əlavə edib ki, ABŞ-nin energetika naziri Kris Rayta bu planın dərhal həyata keçirilməsi tapşırılıb. Onun sözlərinə görə, neft Amerika limanlarına çatdırılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook