Tramp Suriya Prezidenti ilə "möhtəşəm" danışıqlar aparıldığını bildirib
Yanvar 28
06:36
2026
ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd Əl Şaraa ilə "möhtəşəm" danışıqlar apardığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı – Ayova ştatının De-Moyn şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl bildirib.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirmişdi ki, Vaşinqton administrasiyası artıq hesab edir ki, "Suriya Demokratik Qüvvələri" (SDQ, PKK terror təşkilatının qolu – red.) İŞİD-lə mübarizədə əsas rol oynamamalıdır. Onun sözlərinə görə, ABŞ ölkədə hərbi mövcudluğunu uzun müddət davam etdirməyi nəzərdə tutmur.



