Tramp Səddam Hüseynə təriflər yağdırdı
Mart 15
18:26
2016
ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Ohayo ştatında seçicilərlə görüşü zamanı 2003-cü ildə ABŞ-ın İraqa qoşun yeritməsi qərarına qarşı olduğunu bildirib.
Avropa.info xəbər verir ki, bu barədə "The Independent” qəzeti yazır.
"Səddam Hüseyn yaxşı insan deyildi. Amma nə fərqi var ki. O, terrorçuları çox gözəl şəkildə öldürürdü. İndi İraq ekstremistlər üçün Harvarda çevrilib”.
Trampın sözlərinə görə indi nə Liviya, nə də İraq adlı ölkə var. Prezidentliyə namizəd eyni zamanda ABŞ-ın İraqdan qoşunları bu qədər tez çıxarmasının düz olmadığını deyib. Məhz bu üzdən İran tez bir zamanda İraq nefti üzərində nəzarəti ələ keçirdi.
Səddam Hüseyn barəsində bu Trampın ilk açıqlaması deyil.
Keçən ilin oktyabrında CNN telekanalına verdiyi müsahibədə demişdi ki, Səddam İraqda, Müəmmar Qəddafi Liviyada hakimiyyətdə olsaydı, dünya daha gözəl olardı.
Qlobal.az



