SON XƏBƏR

Tramp: "Putin bilir ki, mən dəliyəm"

Oktyabr 21
12:35 2024
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bildirib ki, o, Rusiya prezidenti Vladimir Putini Ukraynaya "təqiblərinə” son qoymayacağı təqdirdə Moskvanın mərkəzinə zərbə endirməklə hədələyib.

Qaynarinfo xəbər verir ki, o bu barədə "The Wall Street Journal”a deyib.

"Dedim ki, Vladimir, əgər Ukraynadan əl çəkməsən, səni elə vuracam ki, inanmayacaqsan. Mən səni düz lənətəgəlmiş Moskvanın ortasında vuracağam". Dedim ki, biz dostuq, mən bunu etmək istəmirəm, amma başqa seçimim yoxdur", deyə Tramp bildirib.

Trampın sözlərinə görə, o, Rusiya prezidentinə bir daha xəbərdarlıq edib: "Çox əziyyət çəkəcəksən və mən sənin başının üstündən o lənətəgələn günbəzləri siləcəyəm”.

Tramp bu söhbətin nə vaxt və hansı şəraitdə baş verdiyini açıqlamayıb. Eyni zamanda o, bir daha qeyd edib ki, onunla Putin arasında əla münasibət var: "Rusiya prezidenti bilir ki, mən dəliyəm".

Bundan əvvəl Tramp donorlarla görüşlərinin birində Rusiya ordusunun Ukraynaya müdaxiləsinə cavab olaraq Moskvanı bombalayacağını bildirmişdi. Bu, "The Washington Post"un qeyd etdiyi kimi, onun bəzi kampaniya donorlarını təəccübləndirib.

Bundan sonra Tramp Ukrayna prezidenti Volodimir Zelenskini müharibənin başlamasına görə məsuliyyət daşıdığını elan edib: "O, heç vaxt bu müharibənin başlamasına imkan verməməli idi... Ukrayna artıq əvvəlki deyil”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook