SON XƏBƏR

Tramp prezident seçkilərinə namizədliyini irəli sürdü

Noyabr 16
11:13 2022
Donald Tramp ABŞ prezidentliyinə yenidən namizədliyini irəli sürmək qərarını açıqlayıb. Onun növbəti seçkilərdə iştirakı üçün sənədlər artıq təqdim edilib.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

Trampın köməkçiləri bu gün 2024-cü il prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim ediblər. Belə ki, əvvəllər Trampın siyasi təşkilatlarında çalışmış Bredli Kreyt "Donald J.Tramp 2024-cü ildə prezidentliyə” adlı komitə yaradılması üçün ABŞ Federal Seçki Komissiyasına sənədləri təqdim edib.

Siyasi müşahidəçilər qeyd edirlər ki, belə bir erkən başlanğıc "partiyanın 2024-cü il namizədliyinə potensial namizədləri, o cümlədən yüksəlişdə olan Florida qubernatoru, 44 yaşlı Ron DeSantis və Tramp dövründə vitse-prezident olmuş 63 yaşlı Mayk Pensi sıradan çıxarmaq” üçün nəzərdə tutula bilər. 

Xatırladaq ki, bundan əvvəl Donald Trampın müşavirlərinin ona növbəti seçkilərdə ABŞ prezidentliyi uğrunda mübarizə aparmaq niyyətini açıqlamağa tələsməməyi təklif edildiyi bildirilirdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook