SON XƏBƏR

Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirdi

Sentyabr 06
08:58 2025
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib.

Report" xəbər verir ki, ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi "dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına" malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də "eyni aqibətlə" üzləşəcək.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib: "Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin biz siyasi cəhətdən korrektəyə məcbur olduq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook