SON XƏBƏR

Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib

İyun 06
08:54 2024
"Yalnız narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqi ABŞ-da narkotik problemini həll edə bilər”.

"Report” xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Fentanil bizim insanlarımızı öldürür. Narkotik tacirləri üçün ölüm cəzasını tətbiq etməyincə, siz heç vaxt narkotik problemini həqiqətən həll etməyəcəksiniz ”, - deyə o qeyd edib.

Daha əvvəl "Tesla” və "SpaceX” şirkətlərinin rəhbəri İlon Mask fentanil saxlamağa görə sərt cəzaların tətbiqini təklif etmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook