SON XƏBƏR

Tramp köməkçisini məhkəməyə verdi

Avqust 15
12:05 2018
ABŞ prezidenti Donald Trampın nümayəndələri Ağ Evin keçmiş əməkdaşı, hazırkı prezidentin sabiq köməkçisi xanım Omaros Maniqol-Nyumana qarşı arbitraj prosesi başladıblar. Nyuman hələ 2016-cı ildə seçkiqabağı kampaniyada Trampın qərargahında vəzifəyə təyin olunarkən imzaladığı məxfi informasiyanın yayılmamasına dair müqaviləni pozmaqda ittiham edilir.

ABC telekanalı xəbər verir ki, məsələ ilə bağlı Trampın seçki qərargahı Nyu-York şəhər məhkəməsinə şikayət ərizəsi təqdim edib.

"Prezident Tramp onilliklər boyu insanlara karyeralarında və həyatlarında irəliləməyə şərait yaratmağı ilə yaxşı tanınır. Amma qanun pozuntusu elə pozuntudur. Bunu edən məsuliyyətə cəlb edilməlidir”, - deyə Trampın seçki qərargahının bəyanatında bildirilib.

Qeyd edək ki, 44 yaşlı Omaros Maniqol-Nyuman bir neçə ay əvvəl Ağ Evdə tutduğu vəzifədən qalmaqalla qovulmuşdu. O, Trampın söhbətlərini gizlin şəkildə qeydə alıb, həmçinin səs yazılarını dinləmək üçün digər insanlara da verib. Nyuman Trampın söhbətlərinin Ağ Evdəki işi barədə açıq memuarlar yazmaq üçün lazım olduğunu deyib. Lakin ötən gün onun satışa buraxılan "Unhinged: An Insider's Account of the Trump White House” ("Qeyri-asılı: Tramp dövründə içəridəki adamın Ağ Ev barədə hekayəsi”) adlı kitabında Tramp haqqında heç də müsbət olmayan fikirlər yer alıb.(azvision.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook