SON XƏBƏR

"Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək" - İsrail mətbuatı

İyul 04
10:20 2025
ABŞ prezidenti Donald Tramp bazar ertəsi, iyulun 7-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Qəzza zolağında atəşkəs elan edəcək.

APA xəbər verir ki, bu iddia ilə İsrailin "Yedioth Ahronoth" qəzeti İsrail rəsmilərinə istinadən məlumat verib.

Qəzetin yaydığı məlumata görə, İsrail HƏMAS ilə atəşkəsin təfərrüatlarını müzakirə etməyə hazırlaşır.

Xəbərdə HƏMAS-ın təklifə "hə" deyəcəyi bildirilir. Xəbərdə həmçinin HƏMAS-ın cavabından sonra İsrailin danışıqlara başlamağa hazırlaşdığı, Trampın Qətərə, Qətərin də razılaşma üçün HƏMAS-a təzyiq etdiyi iddia edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook