Tramp Çinə səfər edəcək

İyun 28
08:57
2025
ABŞ Prezidenti Donald Tramp bu il iş adamlarından ibarət nümayəndə heyəti ilə Çinə səfər edə bilər.
Bundan əvvəl, iyunun 27-də Tramp ABŞ və Çinin ticarət sazişi imzaladığını açıqlayıb. O, müqavilənin təfərrüatlarını açıqlamayıb, lakin Hindistan tərəfi ilə ticarət sazişinin imzalanacağını gözlədiyini qeyd edib.
"Report” xəbər verir ki, bu barədə "Nikkei Asia” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, hazırda ABŞ rəsmiləri tərəfindən səfər planları hazırlıq mərhələsindədir.
Səfərin ABŞ Prezidentinin ilin əvvəlində Yaxın Şərqə səfərinə bənzəyəcəyi gözlənilir.