SON XƏBƏR

Tramp FED rəhbərini istefaya göndərməyi düşünür

Aprel 19
07:10 2025
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauelin tutduğu vəzifədən mümkün uzaqlaşdırılmasını nəzərdən keçirir.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
"Prezident və komandası bu məsələyə baxmağa davam edəcək”, - o deyib.

Xatırladaq ki, dünən Tramp arzu edərsə, FED rəhbərinin vəzifəsini tərk etmək məcburiyyətində qalacağını söyləmişdi.

Qeyd edək ki, Pauel 2018-ci ilin fevralında vəzifəsinin icrasına başlayıb, 2022-ci ildə isə ikinci müddətə yenidən seçilib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook