Tramp əsas düşməninin adını açıqlayıb
Noyabr 30
08:57
2024
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının "Tren de Araqua” bandası olduğunu bildirib.
"İlk gün mən Amerika tarixində ən böyük deportasiya proqramını işə salacağam. Biz bütün bu quldurları qovmalıyıq. Tutulan hər şəhəri və qəsəbəni xilas edəcəyəm.
Bu qaniçən cinayətkarları zindana atıb, sonra da ölkədən qovacağıq”, - Tramp 1789-cu il Xarici Düşmənlər Aktını işə salmaqla hədələyərək deyib.
Qeyd edək ki, banda Venesuelada təxminən 15 il əvvəl yaranıb. Amerika təhlükəsizlik qüvvələri dəstəni bir anda bir neçə ölkədə - Peru, Çili və Kolumbiyada milli təhlükəsizliyə təhdid adlandırıb.