Tramp Epşteyn işi ilə bağlı materialların açıqlamasına dair qanunu imzalayıb
Noyabr 20
09:47
2025
ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənən və özündə uşaqlara təcavüzdə təqsirli bilinən və sonra intihar edən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların açıqlamasını ehtiva edən qanun layihəsini imzalayıb.
Tramp qeyd edib ki, Epşteynlə bağlı materialların yayımlanması üçün qanun layihəsini yenicə imzalayıb. ABŞ prezidenti maliyyəçinin demokrat olduğunu və həmin partiyanın siyasətçilərinə minlərlə dollar bağışladığını vurğulayıb.



